Sofya'da Azerbaycan ressamlarının eserlerinden oluşan sergi açıldı



Cumartesi, 08 Nisan 2017

Sofya'da Azerbaycan ressamlarının eserlerinden oluşan sergi açıldı5 Nisan 2017 tarihinde Sofya Ulusal Sanat Galerisi'nde Azerbaycan Cumhuriyeti'nin Bulgaristan Büyükelçiliği, Bulgaristan Ulusal Sanat Galerisi ve ülkemizde faaliyet gösteren "Rila Style" şirketinin ortak organizasyonu ile "Azerbaycan - Sihirli Renklerin Evreni" adlı resim sergisi açıldı.

Sergide Bulgaristan Cumhurbaşkanlığı, Başbakanlığı, Dışişleri Bakanlığı üst düzey yetkilileri, ülkemizde akredite edilen diplomatik temsilciliklerin çalışanları, Azerbaycan-Bulgaristan Dostluk Derneği üyeleri, medya, STK, yaratıcı sanat kurumları ve özel sektörün temsilcileri katıldı.

Serginin açılışını Bulgaristan Ulusal Sanat Galerisi Müdürü Slava İvanova, Azerbaycan'ın Bulgaristan Büyükelçisi Nergis Gurbanova, Azerbaycan Devlet Resim Galerisinin Müdürü Galip Gasımov ve "Rila Style" şirketinin müdürü Rauf Ahundov yaptı.

Açılış konuşmasını yapan Bulgaristan Ulusal Sanat Galerisi Müdürü Slava İvanova bu tür etkinliklerin yapılmasının iki ülke arasındaki işbirliğinin, özellikle kültürel alanda ilişkilerin gelişimi açısından önemini kaydetti. Sergide yer almak amacıyla Bulgaristan'a gelen Azerbaycan Devlet Resim Galerisinin Müdürü G. Gasımov'u takdir ettiğini ve bu tür ziyaretlerin kültürel alanda ilişkilerin gelişmesine katkı sağlayacağını söyledi.

Büyükelçi N. Gurbanova serginin Bulgar sanatseverlere Azerbaycan sanatının rengârenklerinden zevk almaya olanak yaratacağını kaydetti. Ülkesinin kültürü hakkında bilgi veren Büyükelçi Azerbaycan topraklarında en eski maddi kültür örneklerinin M.Ö. 8. Binyıla ait olduğunu, 40.000 yıllık olan Gobustan kaya üstü resimlerinin tasviri sanatın eski örnekleri gibi ayrı bir öneme sahip olduğunu söyledi. Eski insanların avcılık, hayvancılık, aynı zamanda dans sahnelerinin kayalar üzerine ustalıkla oyulmuş olduğunu söyleyen N. Gurbanova 2007'de Gobustan Devlet Tarih-Sanat Goruğunun UNESCO Dünya Mirası listesine dahil edildiğini ekledi.

Azerbaycan'da modern sanatın durumu hakkında bilgi veren Büyükelçi Azerbaycan'da 250'den fazla kamu ve özel müzenin, bunların arasında 35 devlet ve 12 özel resim galerisinin bulunduğunu söyledi. 2009 yılında Bakü'de faaliyete başlayan Modern Sanat Müzesi hakkında bilgi veren Büyükelçi burada Azerbaycan'ın öncü ressamlarının 800'den fazla eserinin sergilendiğini söyledi. Müzenin kavramının oldukça ilginç olduğunu vurgulayan N. Gurbanova burada köşe salonlarında, açık geçitlerin, eğimli duvarlar olduğunu kaydetti. Bina "Unutulmuş merdivenle" sanat örneği olarak dizayn edilmiştir.

Azerbaycan'ın çağdaş sanat sahnesinde hızlı gelişmenin tanık olunduğunu söyleyen Büyükelçi çok sayıda Azerbaycan ressamlarının eserlerini ülke dışında sergilendiklerini ve Azerbaycan'ın çağdaş imajının dünyaya tanıtılmasına yardım ettiklerini söyledi.

Büyükelçi Bakü'nün modern sanatın yayılması, teşhiri ve gelişmesi için platformlar olarak hizmet eden yeni mekanlarla zengin olduğunu belirtti. Azerbaycan'da ilk kar amacı gütmeyen çağdaş sanat kurumu olan YARAT Modern Sanat Mekanı çağdaş sanatın gelişmesi ve kamuoyu tarafından anlaşılması alanında faaliyet gösteriyor, ülke genelinde ve uluslararası düzeyde Azerbaycan sanatını temsil ediyor.

Serginin açılışında konuşan Azerbaycan Devlet Resim Galerisi Müdürü Galip Deniz serginin Azerbaycan ile Bulgaristan arasında diplomatik ilişkilerin kurulmasının 25. yıldönümü çerçevesinde organize edilmesinin sembolik anlam taşıdığını kaydetti.

O, sergide Azerbaycan'ın tanınmış ressamları Cavad Mircavadov, Mirnaya Zeynalov, Eldar Memmedov, Yaver Sultanov ve Vüqar Muradovun çok yönlü yaratıcılığından seçkin örneklerin sergilendiğini, bu ressamların eserlerinin dünyanın birçok ülkesinde, müze ve galerilerde, özel koleksiyonlarda sergilendiğini söyledi. C. Mircavadovun Azerbaycan'da Abşeron resim okulu denilen özel bir akımın temelini koyduğunu vurgulayan G. Gasımov onun adının geçen yüzyılın altmışlı ve yetmişli yılların en tanınmış temsilcileri ile bir sırada yer aldığını eklendi.

Daha sonra müdürlüğünü yaptığı galeri hakkında bilgi veren G. Gasımov, Azerbaycan Devlet Resim Galerisinin 45 yıl önce kurulduğunu, galerinin koleksiyonunda 12.000 den fazla eserin olduğunu katılımcılarının dikkatine sundu.

İki ülke arasında kültür ve sanat alanlarında işbirliği için önemli olduğunu vurgulayan Müdür sanat alanında kurulan diyalogun gelecekte başka alanlarda da başarıyla geliştirilebileceğine inandığın ifade etti.

1971 yılından buyana yönettiği "Rila Style" şirketinin müdürü Rauf Ahundov, şirketin Bulgaristan kamuoyunu Azerbaycan ressamları hakkında bilgilendirmeye karar verdiğini kaydetti. O, serginin Azerbaycan ve Bulgaristan arasında diplomatik ilişkilerin kurulmasının 25. yıldönümü çerçevesinde organize edilmesinin önemli olduğunu, onun Milli Lider Haydar Aliyev'in 23 yıl önce Bulgaristan'a yaptığı ziyareti sırasında temeli atılmış dostluk ve işbirliği geleneğinin devamı olduğunu söyledi.

Sergi 21 Mayıs 2017 tarihine kadar ziyaretçilere açık olacak.

--------------------------------------------------------------------------

Haberi Azerice de okuyabilirsiniz.

Sofiyada Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi keçirilib


5 aprel 2017-ci il tarixində Sofiyada Milli İncəsənət Qalereyasında Azərbaycan Respublikasının Bolqarıstandakı Səfirliyi, Bolqarıstan Milli İncəsənət Qalereyası və bu ölkədə fəaliyyət göstərən "Rila Style" şirkətinin birgə təşkilatçılığı ilə "Azərbaycan - Sehrli rənglərin kainatı" adlı sərgi təşkil olunub.

Sərgidə Bolqarıstanın Prezident Administrasiyasının, Vitse-prezidentinin ofisi, Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri, bu ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbər və əməkdaşları, Azərbaycan-Bolqarıstan Dostluq Cəmiyyətinin üzvləri, KİV, QHT, həmçinin yaradıcı sənət təşkilatları və özəl sektorun nümayəndələri iştirak edib.

Sərginin açılışında Bolqarıstan Milli İncəsənət Qalereyasının direktoru Slava İvanova, Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, Azərbaycan Dövlət Rəsm Qalereyasının Direktoru Qalib Qasımov və "Rila Style" şirkətinin rəhbəri Rauf Axundov çıxış edib.

Tədbiri giriş sözü ilə açan Bolqarıstan Milli İncəsənət Qalereyasının direktoru Slava İvanova bu cür tədbirlərin keçirilməsinin ölkələrimiz arasında əməkdaşlığın, o cümlədən mədəni sahədə əlaqələrin inkişafı baxımından əhəmiyyətini qeyd edib. Sərgidə iştirak etmək məqsədilə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Q.Qasımovun Bolqarıstana səfərini yüksək qiymətləndirib və bu cür səfərlərin mədəni sahədə əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.

Səfir N.Qurbanova sərginin bolqar sənətsevərlər üçün Azərbaycan incəsənətinin rəngarəngliyindən zövq almağa imkan yaradacağını qeyd edib. Ölkəmizin mədəniyyəti barədə məlumat verən səfir Azərbaycan ərazisində ən qədim maddi mədəniyyət nümunələrinin e.ə. 8-ci minilliyə aid olduğunu, 40.000 il yaşı olan Qobustan qayaüstü rəsmlərinin təsviri incəsənətin qədim nümunələri kimi müstəsna əhəmiyyətə malik olduğunu deyib. Qədim insanların ovçuluq, heyvandarlıq, eləcə də rəqs səhnələrinin qayalar üzərinə məharətlə həkk edildiyini söyləyən N.Qurbanova 2007-ci ildə Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil edildiyini əlavə edib.

Azərbaycanda müasir incəsənətin vəziyyəti barədə məlumat verən səfir hazırda Azərbaycan 250-dən çox dövlət və özəl muzeyin, o cümlədən 35 dövlət və 12 özəl rəsmi qalereyasının mövcudluğu barədə danışıb. 2009-cu ildə Bakıda fəaliyyətə başlayan Müasir İncəsənət Muzeyini xüsusilə qeyd edən səfir burada Azərbaycanın avanqard rəssamlarının 800-dən çox əsərinin nümayiş edildiyindən bəhs edib. Muzeyin konsepsiyasının olduqca maraqlı olduğunu vurğulayan N.Qurbanova burada küncsüz zalların, açıq keçidlərin, maili divarların olduğunu qeyd edib. O davam edib ki, bina "Unudulmuş pilləkan" incəsənət nümunəsi kimi dizayn edilmişdir.

Azərbaycanın müasir incəsənət səhnəsində sürətli inkişafın müşahidə olunduğunu söyləyən səfir çox sayda Azərbaycan rəssamlarının öz əsərlərini ölkə hüquqlarından kənarda nümayiş etdirdiklərini və Azərbaycanın müasir imicinin dünyaya tanıdılmasına yardım etdiklərini bildirib.
Səfir Bakının müasir incəsənətin təbliği, nümayiş etdirilməsi və inkişafı üçün platformalar kimi xidmət edən yeni məkanlarla zəngin olduğunu bildirib və əlavə edib ki, Azərbaycanda ilk qeyri-kommersiya müasir incəsənət təşkilatı olan YARAT Müasir İncəsənət Məkanı müasir incəsənətin inkişafı və onun ictimaiyyət tərəfindən dərk olunması sahəsində fəaliyyət göstərir, habelə ölkə daxilində və beynəlxalq səviyyədə Azərbaycan incəsənətinin təmsil olunması ilə məşğuldur.

Sərginin açılışında çıxış edən Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov sərginin Azərbaycan ilə Bolqarıstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi çərçivəsində təşkil olunmasının rəmzi məna daşıdığını qeyd edib.

O, sərgidə Azərbaycanının tanınmış rəssamları Cavad Mircavadov, Mirnadir Zeynalov, Eldar Məmmədov, Yavər Sultanov və Vüqar Muradovun çoxcəhətli yaradıcılığından seçmə nümunələrin nümayiş olunduğunu, bu rəssamların əsərlərinin dünyanın bir çox ölkələrində nümayiş olunduğunu, muzey və qalereyaları, şəxsi kolleksiyaları bəzədiyini bildirib. C.Mircavadovun Azərbaycanda Abşeron rəssamlıq məktəbi deyilən xüsusi bir cərəyanın əsasını qoyduğunu vurğulayan Q.Qasımov onun adının ötən əsrin altmışıncı və yetmişinci illərinin ən tanınmış nümayəndələri ilə bir sırada çəkildiyini əlavə edib.

Daha sonra rəhbərlik etdiyi Qalereya barədə məlumat verən Q.Qasımov Azərbaycan Dövlət Rəsm Qalereyasının 45 il bundan öncə yaradıldığını, Qalereyanın kolleksiyasında 12.000-dən çox əsərin olduğunu sərgi iştirakçılarının diqqətinə çatdırıb.

İki ölkə arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq üçün əsas olduğunu vurğulayan direktor incəsənət sahəsində qurulan dialoqun gələcəkdə başqa sahələrdə də uğurla davam və inkişaf etdirilə biləcəyinə inamını ifadə edib.

"Rila Style" şirkətinin rəhbəri Rauf Axundov 1971-ci ildən rəhbərlik etdiyi şirkətin müasir Bolqarıstan ictimaiyyətini Azərbaycan rəssamları barədə məlumatlandırmağa qərar verdiyini qeyd edib. O, sərginin Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü çərçivəsində təşkil olunmasının əlamətdar olduğunu, onun Ümummilli lider Heydər Əliyevin 23 il öncə Bolqarıstana səfəri zamanı əsası qoyulmuş dostluq və əməkdaşlıq ənənəsinin davamı olduğunu söyləyib.

Sərgi cari ilin may ayının 21-dək davam edəcək.


Diğer Fotoğraflar

DİĞER HABERLER